Hava kəskin soyuyub: Qarın hündürlüyü 10 sm, temperatur mənfi 9 dərəcəbackend

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib. 

İctimai.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağmağa başlayıb.

Ən çox qar Qubanın Xınalıq kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 10 sm-ə çatıb. Qrız kəndində 5 sm, Təngəaltında 3 sm, Qubanın mərkəzində isə 1 sm qar müşahidə olunub. Qusarın Yasab kəndinə isə 1 sm qar düşüb.

Qubanın Qrız və Xınalıq kəndlərində temperatur mənfi 9 dərəcəyədək enib.

İctimai.az