Həbs edilən Hüseyn Quliyev “Zevs” ləqəbi ilə tanınan məşhur tiktokerin qardaşıdır.
Bu barədə Lent.az məlumat yayıb.
Qeyd edək ki, gənclər arasında “Zevs” ləqəbi ilə tanınan məşhur videobloqer Ruslan Quliyev ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə 190 manat birdəfəlik ödəmə təyin edilən bir vaxtda bu pulun hamısına qarpız alaraq, onları əzib videoya çəkmişdi. Həmin görüntülərdən sonra R.Quliyev və qardaşı polis bölməsinə çağırılaraq izahatları alınmış, DİN tərəfindən qardaşların üzr videosu yayılmışdı.