“Heç kim və heç nə bizim qarşımızı ala bilməz!” – ŞƏRHbackend

AXCP sədri Əli Kərimli, xarici ölkələrdə özlərini erməni puluna satan xainlər dəstəsinin üzvləri əsla öz mənfur niyyətlərinə çata bilməyəcəklər

Fakt budur ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu növbəti dəfə sərhədlərimizdə törətməyə cəhd etdiyi təxribata əl atan düşmənin başını əzib, ona ölümcül zərbə endirib. Və daha bir fakt budur ki, reallıqda erməni anaları üsyana qalxıblar və erməni hakimiyyətini qınayırlar ki, nəyə görə övladlarını güclü Azərbaycan Ordusunun qarşısına göndərərək məhv etdirir. Əbəs deyil ki, erməni valideynləri və xalqı Nikol Paşinyanın istefasını tələb edirlər. Paşinyan isə bütün bunlara etinasız yanaşaraq öz iqtidarını müxtəlif vasitələrlə möhkəmləndirməyə çalışır. Misal üçün, ümidini Amerika Konqresinə bağlayır, Nensi Pelosinin səfərini az qala özünün “dipolomatik qələbəsi” kimi zorla erməni cəmiyyətinə sırımağa çalışır.

Belələri əsla müqəddəs şəhidlik sözünü dillərinə gətirməməli və xalqımızın heysiyyatı ilə oynamamalıdırlar

Reallıq hissini və insanlıq duyğusunu çoxdan itirərək buyruq quluna çevrilmiş radikal müxalifət ünsürlərinə xatırlatmaq istərdik ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Məhz bundan sonra Azərbaycan Silahlı Qüvvələri düşmənin təxribatçı əməllərinə qarşı lazımı tədbirləri görüb. Həmçinin vicdan, məntiq və şərəf yoxsulu olan bu kimi kimi erməni təəssübkeşlərinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycan tərəfi Ermənistanı sülhə məcbur etmək və düşmən ölkədə baş qaldıran revanşist ideyaların məhv edilməsi üçün əlində olan bütün qüvvə və vasitələrdən bundan sonra da istifadə edəcək. Belələri əsla müqəddəs şəhidlik sözünü dillərinə gətirməməli və xalqımızın heysiyyatı ilə oynamamalıdırlar. Xalq hiddətlə və qəzəblə belə ünsürlərin əməllərini qınayır və onlara qarşı hüquqi qiymətin veriləcəyinə şübhə etmir.

Bu gün belədir və söz yox ki, sabah da belə olacaq!

Ancaq daha bir fakt budur ki, erməni havası ilə oynayan milli xainlər yığnağı da düşmənlər qədər bu kimi siyasi eybəcərliklərə şərik qoşulurlar. Məsələyə daha dəqiq yanaşsaq deyə bilərik ki, sapı özümüzdən olan baltalar da ermənilər qədər özlərinə yer tapa bilmirlər və əsasən, aldıqları kirli sifarişlər kontekstində qalib ölkəmizin imicinə şəhid adları üzərindən zərbələr vurmağa cəhdlər göstərirlər. Halbuki biz qalibik və düşmənin başını öz yuvasındaca əzən güclü dövlətik!

Lakin daha bir reallıq budur ki, onların və ağaları olan erməni lobbisinin kirli arzularını isə ürəklərində qalacaq. Azərbaycan dövləti, onun rəhbəri, xalqımız qalibdir, müzəffərdir. Bu gün AXCP sədri Əli Kərimli, xarici ölkələrdə özlərini erməni puluna satan xainlər dəstəsinin üzvləri əsla öz mənfur niyyətlərinə çata bilməyəcəklər. Əslində qalibin davranışına uyğun qətiyyətli addımı Azərbaycan Prezidenti ortaya qoyub. Bu gün belədir və söz yox ki, sabah da belə olacaq! Heç kim, heç nə bizim qarşımızı ala bilməz. Necə ki, ala bilmədi.

Söz yox ki, hər zaman olduğu kimi, belələrinin də cavabları verilir, bundan sonra da veriləcək!

Sözdə özlərini müxalifət liderləri adlandıran marginallar isə son şanslarını da itiriblər. Bəli, itkilərimiz var, şəhidlər vermişik. Belə bir məqamda xalqın yanında olmaq əvəzinə, onlar ermənilərin yanında oldular. Erməni ekspertlərin söylədikləri ilə özünü “Milli Şura”, “müstəqil bloqer” adlandıran, xaricdə oturub gecə-gündüz şər-böhtan ifrazıyla məşğul olanların mövqeyini bir-bir müqayisə edirəm. İnanın ki, tam üst-üstə düşür. Buradan da əmin olursan ki, bu, antimilli ünsürlər eyni mərkəzdən – erməni lobbisi və onlarla əlbir olan bəlli Qərb dairələrindən idarə olunurlar. Söz yox ki, hər zaman olduğu kimi, belələrinin də cavabları verilir, bundan sonra da veriləcək.

Ancaq hər bir azərbaycanlı yaxşı bilir ki, antimilli ünsürlərin12 sentyabr hadisələri ilə bağlı qeyri-obyektiv, daha çox isə böhtan xarakterli ittihamları erməni lobbisinin dirijorluğu ilə aparılan informasiya müharibəsindən başqa bir şey deyil. Əslində anti-Azərbaycan şəbəkənin və erməni lobbisinin ölkəmizə qarşı apardıqları şər-böhtan kampaniyası sabun köpüyünə bənzər mənasız qara-qışqırıqdan başqa bir şey deyil.

Fuad Heydər,

YAP Səbail rayon təşkilatının təlimatçısı