Həftəsonları nəqliyyatın fəaliyyəti bərpa olunacaq? – AÇIQLAMAbackend

“Fevral ayının 1-dən etibarən şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpası məsələsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək:

“Bu şənbə-bazar (yanvarın 30-31-i) bərbərxana və gözəllik salonları fəaliyyət göstərəcək. Kafe və restoranlarda fevralın 1-dən etibarən şənbə və bazar günləri də yerində xidmət olacaq”.