Ötən həftəsonu, 28 və 29 mart tarixlərində Telegram messenceri 150.000-dən çox kanal və qrupu bloklayıb. Bu barədə platformanın veb saytında məlumat verilib.
28 mart şənbə günü 72.400 qrup və kanala giriş bloklanıb. 29 mart bazar günü isə messencer daha 77.800 kanal və qrupa girişi bloklayıb.
Ümumilikdə, Telegram əvvəlki həftə ərzində 562.286 qrup və kanalı bloklayıb. İlin əvvəlindən bəri bloklananların sayı 11.174.972-yə çatıb ki, bunlardan 48.110 qrup və kanal terrorizmlə əlaqəli olub.













