Almanın müntəzəm istifadəsi bağırsaqlara kömək etməklə yanaşı, xərçəngin qarşısının alınmasında da rol oynayır. Bunu Gazeta.Ru ilə söhbətində dietoloq İrina Pisareva deyib.
“Almanın tərkibində çoxlu miqdarda C, A, B vitaminləri, həmçinin minerallar var. Tərkibindəki yüksək lif və pektin sayəsində mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırır. Meyvə sizi dəmir çatışmazlığından xilas edir, çünki meyvədə kifayət qədər böyük miqdarda dəmir var. Alma immunitetin səviyyəsini artırır və qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir”, – Pisareva qeyd edib.
Həkim onu da xatırladıb ki, alma aşağı kalorili məhsuldur, ona görə də çəkisinə nəzarət edən və onu azaltmaq istəyən insanların pəhrizində tez-tez olur.
Mənbə: Gazeta.Ru