Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdıbackend

“Bəhram Bağırzadənin vəziyyətində son günlər müşahidə edilən müsbət dinamika qalmaqdadır”.

Bu barədə Oxu.Az-a Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib. O bildirib ki, Əməkdar artistin huşu aydındır:

“Əzələ zəifliyi qeyd edilsə də, artıq oturur, fəaldır. Aktiv hərəkətlərə cəhd edir. Bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə edilən durğunluğa qarşı isə müvafiq tədbirlərin aparılması davam etdirilir”.

İctimai.az