Yetkin bir insanın gündə yeddi-doqquz saat yatması lazımdır.
Bu barədə RİA Novosti-yə nevroloq Vladimir Martınov məlumat verib.
Həkimin fikrincə, yeddi-doqquz saat böyüklər üçün optimal yuxu vaxtıdır. O qeyd edib ki, bəzi insanlar üçün altı saat kifayətdir, lakin bu, istisnadır.
Həkim vurğulayıb ki, xroniki yuxu çatışmazlığı konsentrasiyanı pozur, həddindən artıq yorğunluğa səbəb olur və immunitet sistemini zəiflədir.