Evkalipt viruslarla mübarizə üçün ən təsirli qapalı bitkilərdən biri kimi tanınır. Bundan əlavə, naringi kimi miniatür sitrus meyvələri və ardıc kimi iynəyarpaqlı ağaclar qapalı havanı təmizləməyə və dezinfeksiya etməyə kömək edir.
Bunu Moskva vilayətinin Səhiyyə Nazirliyinin Vidnovski Klinik Xəstəxanasının terapevti Səbinə Delmanova RİA Novosti-yə bildirib.
“Antiseptik təsiri olan bitkilərin özəlliyi ondadır ki, onların tərkibində fitonsidlərlə zəngin efir yağları – patogen mikrofloranı məhv edən maddələr var. Buna görə də, bəzi qapalı bitki növləri hava dezinfeksiyaedici kimi çıxış edə bilər. Ən təsirli virusla mübarizə aparan evkaliptdir. O, yuxarı tənəffüs yollarının xəstəlikləri ilə mübarizədə, havanı dezinfeksiya etməkdə və nəfəs almağı asanlaşdırmaqda yaxşı köməkçi kimi tanınır”, – Delmanova bildirib.