Tibbi onkoloq və Sent-Luisdəki (ABŞ) Vaşinqton Universitetinin Cərrahiyyə və Tibb Departamentinin dosenti Yin Cao Daily Mail-ə müsahibəsində bildirib ki, oturaq həyat tərzi 50 yaşdan kiçik insanlar arasında kolorektal xərçəng xəstəliyinin artmasında əsas amildir.
Ekspertin sözlərinə görə, onilliklər ərzində kolorektal xərçəng yaşlıların xəstəliyi hesab edilsə də, son 30 ildə bu, dəyişib: 1990-cı illərin əvvəllərindən etibarən 25-49 yaşlı insanlar arasında diaqnoz qoyulan xəstələrin sayı iki dəfədən çox artıb.
Cao bu tendensiyanın əsas səbəbinin oturaq həyat tərzi olduğunu vurğulayıb. Bununla belə, mütəxəssisin qeyd etdiyi kimi, hətta müntəzəm məşq də uzun müddət oturmanın vurduğu zərəri kompensasiya etmir.
“Gənclər indi əvvəlkindən daha çox oturaraq vaxt keçirirlər”, – onkoloq qeyd edib.