Həkim hüceyrə yaşlanmasını yavaşlatan məhsulun adını çəkibbackend

Zərdəçal (Sarıkök) istehlakı hüceyrə yaşlanmasını ləngidə bilər və xərçəng də daxil olmaqla xroniki xəstəliklərin riskini azalda bilər.

Bu barədə RİA Novosti-yə Moskva vilayətinin Səhiyyə Nazirliyinin Vidnovskaya Klinik Xəstəxanasının böyüklərin profilaktikası və sağlamlığı mərkəzinin rəhbəri Zarema Ten məlumat verib.

Onun sözlərinə görə, zərdəçal, zəncəfil və istiot hüceyrələrin qocalmasını ləngidən polifenol və curcuminlə zəngindir.

Ədviyyat da qaz əmələ gəlməsini azalda bilər. Zərdəçalın orta səviyyədə istehlakı mədə şirəsi və fermentlərin ifrazını artırır, qidaların həzmini sürətləndirir.