Allerqoloq Daria Çernuşeviç Gazeta.Ru-ya verdiyi açıqlamada soyuqdəymədən fərqli olaraq, allergiya ümumi zəifliyə, bədən ağrılarına və ya qızdırmaya səbəb olmur, deyə bildirib.
Həkimin sözlərinə görə, ot qızdırması olan insan gözləri sulu və burnu tıxanmış olsa belə, özünü yaxşı hiss edə bilər. Çernuşeviç əlavə edib ki, allergik simptomlar ildən-ilə təxminən eyni vaxtda təkrarlanır.
“Digər xarakterik fərq ondan ibarətdir ki, mövsümi soyuqdəymə, əgər ağırlaşmamışsa, 3-7 gün ərzində öz-özünə keçir və yalnız simptomatik müalicə tələb edir, allergik simptomlar isə havadakı allergenin konsentrasiyasından asılıdır və bir neçə gündən bir neçə həftəyə və ya hətta aylara qədər davam edə bilər”, – deyə Çernuşeviç izah edib.
Həkim vurğulayıb ki, allergiyadan əziyyət çəkənlər üçün əsas qayda tozcuğa məruz qalmağı minimuma endirməkdir. Çernuşeviçin sözlərinə görə, dərmanı allergiyanın ilk əlamətlərində qəbul etməyə başlamaq ən yaxşısıdır.













