Ümumi praktikant Əmir Xan Daily Mirror-a verdiyi açıqlamada, səhər saat 3:00 radələrində qəfil oyanmanın səbəbi stress reaksiyasından məsul olan kortizol hormonunun səviyyəsinin artması ola biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, gecə oyanmaları hər kəsdə baş verə bilər, lakin onlar adətən eyni vaxtda, səhər saat 3:00 radələrində baş verir.
“Bu zaman stress hormonu olan kortizolun səviyyəsi bədəni oyanmağa hazırlamaq üçün yüksəlməyə başlayır”, – deyə həkim izah edib.











