Psixiatr Ruslan İsaev kp.ru-ya bildirib ki, nomofobiya – telefonsuz qalmaq qorxusu uşaqlarda asılılığın yeni formasına çevrilib.
“Oyun asılılığı və nomofobiyanın narkomaniya və ya alkoqolizm kimi aludəçilik olduğunu başa düşmək vacibdir; yeganə fərq aludəçiliyin obyektidir. Uşaqlar müasir qadcetlərin təklif etdiyi imkanları tez qavrayırlar, ona görə də onlar asanlıqla bağlı olurlar”, – ekspert qeyd edib.
İkidilli uşaq bağçaları və məktəblərdən ibarət “Discovery” şəbəkəsinin təsisçisi Viktoriya Boeva “İzvestiya” qəzetinə bildirib ki, müasir dünyada uşaqlar texnologiyanın əhatəsində böyüyür, iki-üç yaşında smartfonlardan istifadə etməyə başlayır və məktəb yaşına kimi interneti aktiv şəkildə mənimsəyir. Onun sözlərinə görə, uşaqlar iki-üç yaşından tez olmayaraq mobil cihazlarla tanış olmalıdırlar.