Maqnezium, protein tozu və kollagen beyninizi, dərinizi, sümüklərinizi və orqanlarınızı uzun illər sağlam saxlamağa kömək edir. Bu barədə Daily Mail-ə mikrocərrah və orqanizmin funksional vəziyyətinin optimallaşdırılması sahəsində tədqiqatçı olan britaniyalı həkim Məhəmməd Enayat məlumat verib.
Həkim izah etdi ki, maqnezium qəbulu sümüklər, ürək və beyin üçün faydalıdır. Doktor Enayatin klinikasında yüzlərlə xəstə üzərində aparılan araşdırma bu mineralın çatışmazlığının olduqca yaygın olduğunu göstərdi. Bədənində maqnezium çatışmazlığı olan insanlar əsəbilik, yuxu pozğunluğu və əzələ spazmları ilə qarşılaşa bilər. Mütəxəssis vurğuladı ki, maqnezium çatışmazlığını təkcə əlavələrin köməyi ilə deyil, həm də pəhrizi dəyişdirməklə doldurmaq olar. Fındıq, toxum, skumbriya və banan bu faydalı maddə ilə zəngindir.
Enayat əlavə edib ki, orqanizmin böyüməsi və bərpası üçün protein lazımdır. Həkim aydınlaşdırıb ki, insan orqanizmində bütün fermentlər (hüceyrələrin istehsal etdiyi zülal molekulları) pəhriz zülalına əsaslanır. Fermentlər qida maddələrini mənimsəməyə, DNT-ni çoxaltmağa və qaraciyərdə toksinləri məhv etməyə kömək edir. Protein həm də saç, dırnaq, sümük və dəri üçün əsas tikinti materialıdır.
Mənbə: Gazeta.ru