Doktor Luo Qingquan beş min kilometr uzaqlıqda olan xəstənin ağciyərindən şişi çıxarmaq üçün robotdan istifadə edib. Naked Science xəbər verir.
Əməliyyat zamanı həkim Çinin cənubundakı Quançjou şəhərində, xəstə isə ölkənin şimal-qərbindəki Kaşqar şəhərində (Çinin Sincan-Uyğur Muxtar Vilayəti) olub. Onları beş min kilometr ayırdı. Cərrahi robot həkimə qadının ağciyərindən şişi uğurla çıxarmağa imkan verib.
Robot sistemlər ölkənin ucqar bölgələrindən olan minlərlə insana tibbi yardım almaq imkanı verəcək, həkim qeyd edib.
Bundan əvvəl həkimlər şişi fəqərəni məhv edən və onurğa beynini sıxan rus qadını xilas ediblər. Əməliyyatı Novosibirsk cərrahları həyata keçirib. Qadın baş ağrılarından, əzalarında uyuşmadan, udmaqda və danışmaqda çətinlik çəkirdi. Həkimlər boyun onurğasında böyük şişi çıxarıb və məhv edilmiş fəqərəni implantla əvəzləyiblər.