Kompüterdə işləyərkən görmə qabiliyyətini qorumaq üçün göz məşqləri etməlisiniz. Bu barədə “Sağlam yaşa!” verilişinin efirində məlumat verilib.Birinci Kanalda həkim və teleaparıcı Yelena Malışeva və oftalmoloq Mixail Konovalov danışıblar.
Həkimlər izah ediblər ki, kompüterdə işləmək bir çox insanlarda quru göz sindromuna səbəb olur. Bu vəziyyət gözlərin qızarmasına, onlarda yad cismin hiss olunmasına və nəhayət, görmə qabiliyyətinin pisləşməsinə gətirib çıxarır.
Bunun qarşısını almaq üçün Konovalov insanları kompüterdə işləyərkən göz məşqləri etməyə çağırıb. O qeyd edib ki, hər 20 dəqiqədən bir işdən ara vermək və gözlərini iki saniyə yumaraq gözünü qırpmaq lazımdır. Oftalmoloqun sözlərinə görə, belə sağlam vərdiş 76 gün ərzində formalaşır.
Mənbə: Lenta.ru