Həyatın müasir ritmi rusların qocalmasını yavaşlatmağa kömək edir və orta dərəcədə stress hətta bu prosesə müsbət təsir göstərə bilər. Bu barədə TASS-a həkimlər məlumat veriblər.
Rusiyanın səhiyyə naziri Mixail Muraşko əvvəllər qeyd edib ki, ruslar öz yaşlarını 10 yaş cavan hiss etməyə başlayıblar: 40 yaşlılar özlərini 30 yaşlı, 50 yaşlılar isə 40 yaşlı kimi hiss edirlər.
“Biz yaşlanmanın yavaşladığını görürük. 50-60 yaşlı insanlar öz yaşlarından daha gənc görünürlər. Bu, stress də daxil olmaqla, psixo-emosional vəziyyətlə əlaqələndirilir. Uzunmüddətli və şiddətli stress qocalmağa mənfi təsir göstərir, qısamüddətli və kiçik stress isə faydalı ola və bu prosesi ləngidə bilər”, – Rusiya Səhiyyə Nazirliyinin baş geriatrı Olqa Tkaçeva agentliyə bildirib.
Mənbə: TASS