Çinli həkimlər kişinin tənəffüs yollarında tarakan aşkar ediblər. Xəstə xroniki öskürək və ağız qoxusu şikayətləri ilə həkimlərə müraciət edib.
Yerli medianın məlumatına görə, Haynandan olan 58 yaşlı kişi xəstəxanaya gələrək özünü pis hiss etdiyindən şikayət edib. O, həkimə daim öskürdüyünü, ağzından xoşagəlməz qoxu gəldiyini deyib. Bundan əlavə, xəstə əlavə edib ki, klinikaya getməzdən üç gün əvvəl burnuna həşərat süründüyünü hiss edib.
Ekspertiza çinlinin tənəffüs yollarında yad cismin olduğunu göstərib. Kişi əməliyyat olunub və boğazından tarakan çıxarılıb. Bundan sonra xəstə özünü yaxşı hiss edib və beş gündən sonra evə buraxılıb.