Həkimlər Rasim Balayevin işə getməsinə qadağa qoyublarbackend

“Rasim müəllimlə hər gün telefonla danışıram. Dünən də zəng vurub səhhətiylə maraqlandım. Şükür Allaha, hər şey yaxşıdır”.

Bunu Bakupost.az -a açıqlamasında Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.

O, həkimlərin əməliyyatdan sonra Rasim Balayevə üç həftəlik müalicə müddəti təyin etdiklərini bildirib:

“Əməliyyatdan sonra Rasim müəllim xəstəxanada bir gün qalıb. Hazırda ev şəraitində müalicələri davam edir. Amma həkimlər deyiblər ki, üç həftə işə getmək, aktiv həyat tərzi olmaz”.