Həmas İsrail qüvvələrinin Qəzzada müvəqqəti qalmasına icazə verə bilərbackend

Fələstinin Həmas hərəkatının nümayəndələri bildiriblər ki, onlar İsraillə razılığa gələ və ordusunun Qəzza zolağında müvəqqəti qalmasına icazə verə bilərlər.

Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır.

“Qrup ilk dəfə olaraq vasitəçilərə bildirib ki, döyüşlər dayandırıldıqdan sonra İsrail qüvvələrinin Qəzzada müvəqqəti qalmasına imkan verəcək razılaşma ilə razılaşacaqlar”, – nəşr bildirib.

Bundan əlavə, HƏMAS nümayəndələri atəşkəs sazişi bağlandıqdan sonra azad edəcəkləri ABŞ vətəndaşları da daxil olmaqla, girovların siyahısını danışıqlarçılara təhvil verib.

Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz Pentaqonun rəhbəri Lloyd Austin ilə söhbətində Fələstinin Həmas hərəkatı ilə Qəzza zolağında saxlanılan bütün girovların, o cümlədən Amerika vətəndaşlarının azad edilməsi üçün yeni müqavilə bağlamaq şansının olduğunu bildirib.