HƏMAS Qəzzada atəşkəs danışıqlarını “blef” adlandırıbbackend

Fələstin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar Qəzza zolağında atəşkəs danışıqlarının yeni raundunu “blef” adlandıraraq, bunun yalnız İsrail üçün vaxt gecikdirdiyini iddia edib. Bu barədə “The Wall Street Journal” ərəb vasitəçilərinə istinadən məlumat yayıb.

Sinvar hesab edir ki, danışıqların məqsədi İsrailə hərbi planlarını həyata keçirmək imkanı verməkdir. Onun sözlərinə görə, o, İordan çayının qərb sahilindən hücumlar da daxil olmaqla, münaqişənin coğrafiyasını genişləndirməklə Təl-Əvivə təzyiqi artırmaq niyyətindədir.

Mənbə: A Haber