Fələstinin Həmas hərəkatı Qəzza zolağında sülh razılaşmasının əldə olunmasında maraqlıdır.
HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Abdel Hadi bu barədə “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
O vurğulayıb ki, İsrailin baş naziri Binyamin Netanyahunun sülh istəyi ilə bağlı bəyanatlarına baxmayaraq, barışıq əldə olunarsa hökumət koalisiyasının dağılacağını və siyasi karyerasının bitəcəyini anladığı üçün müharibəni davam etdirməyə çalışır. Buna görə də Netanyahu Qətərin təklif etdiyi Qəzza razılaşmasını rədd etdi.
Hadi qeyd edib ki, Həmas Qəzzada atəşkəs üçün Misirin bu yaxınlarda təqdim etdiyi yeni təklifi öyrənir. O, hərəkatın razılıq əldə etməkdə maraqlı olduğunu və həmişə çevik olduğunu bildirib.