“Hərbçilərimizin qisası alınıb” – İlham Əliyevbackend

“Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır”.

İctimai.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq: “Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.

İctimai.az