Hərbi ekspert 2024-cü ildə mümkün münaqişə nöqtələrini açıqlayıb

2024-cü ildə Tayvan və Yaxın Şərq hərbi münaqişələr üçün yeni qaynar nöqtələrə çevrilə bilər. Bu fikri Lenta.ru ilə söhbətində hərbi ekspert, Hava Hücumundan Müdafiə Qoşunları Muzeyinin direktoru Yuri Knutov deyib.

“Tayvanın müstəqil elan oluna bilməsi təhlükəsi var. Belə olan halda Çinin hərbi əməliyyatlara başlamaqdan başqa yolu qalmayacaq”, – Knutov bildirib.

O xatırladıb ki, 2024-cü ildə Tayvanda prezident seçkiləri keçiriləcək və gələcək inkişaflar əsasən onların nəticələrindən asılı olacaq.

Mənbə: Lenta.ru

Related Post