Hərbi liseylərə qəbul imtahanı başa çatıbbackend

İyulun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirilib.

DİM-dən verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.

İmtahanda 1322 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanın idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 121 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

İmtahanda yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.