Hərbi qulluqçumuz şəhid oldu – Fotobackend

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu şəhid olub.

Bu barədə “Qafqazinfo”ya Səhman Musayevin yaxınları məlumat verib.

Tərxis olunmasına 1 ay qalmış əsgərin yaxınları onun Ağdam istiqamətində şəhid olduğu bildirir.

Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Müdafiə Nazirliyindən isə “Qafqazinfo”ya bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.