Heydər Əliyev Fondu partiya sədrinin müalicəsini öz üzərinə götürdübackend

Heydər Əliyev Fondu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müalicəsini öz üzərinə götürüb.

Bu barədə Oxu.Az-a M.Mirəlioğlu özü məlumat verib.

“Allah bütün xeyirxah insanlardan razı olsun. Bizdən analizlər götürüldü və laboratoriyaya göndərildi. Allah bütün xəstələrə şəfa versin, Allah həkimlərdən razı olsun”, – deyə M.Mirəlioğlu bildirib.

Qeyd edək ki, M.Mirəliloğlu və ailə üzvləri koronavirusa yoluxub. M.Mirəlioğlu hazırda ev şəraitində müalicə alır.