“Heydər Əliyev irsi gələcəyimizdir” adlı onlayn konfrans keçirilibbackend

11 dekabr 2020-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu öndərin anım gününə həsr edilmiş “Heydər Əliyev irsi gələcəyimizdir” adlı onlayn konfrans keçirilib.

Onlayn konfransda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri Tamerlan Əkbərov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birlininin sədri Nərminə Yunusova, YAP Səbail GB sədr müavini Fuad Heydərli, “GələcəkSƏN” Təlim və İnkişaf proqramının rəhbəri, “İctimai.az” saytının baş redaktoru Rəşad Bayramov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin əməkdaşı Ümidə Rəhimova və 75 nəfər gənc iştirak etmişdir.

Konfransda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova və Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov öz çıxışlarında dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışmışlar. Natiqlər bildirdilər ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə, inkişafa apardı. Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan, siyasi lider rəhbərlik edib və bu gün bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Vətən müharibəsində şanlı qələbə qazanaraq, 30 ildir Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərini işğaldan azad etmişdir. Dövlət başçısı İlham Əliyev Azərbaycan xalqına müraciətində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi ilə Ulu Öndərin vəsiyyətinin yerinə yetirildiyini, Ümummilli Liderin ruhunun şad olduğunu bəyan edib.

Sonra çıxış edən Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri Tamerlan Əkbərov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birlininin sədri Nərminə Yunusova, YAP Səbail GB sədr müavini Fuad Heydərli, “GələcəkSƏN” Təlim və İnkişaf proqramının rəhbəri, “İctimai.az” saytının baş redaktoru Rəşad Bayramov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin əməkdaşı Ümidə Rəhimova, Bakı Dövlət Universitetinin tələbəsi Arzu Süleymanova müasir Azərbaycanın əldə etdiyi tərəqqi və inkişafın həyatının böyük hissəsini öz xalqına həsr etmiş Heydər Əliyevin adı ilə bilavasitə bağlı olduğunu qeyd ediblər. 1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmış, məhz Ulu Öndərin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində gənc, müstəqil respublika qaçılmaz fəlakətdən qurtulmuş, ölkənin daxili və xarici siyasətində sabitlik bərqərar olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilmiş, ölkə yeni inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirmişdir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın regionda lider və öz ərazi bütövlüyünü bərpa etdiyi ölkəyə çevrildiyi bildirilib.

Onlayn konfransın sonunda 193 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Məmmədova Nigarın Ümmumilli Lider Heydər Əliyevə həsr edilmiş söylədiyi şeir iştirakçıalr tərəfindən böyük maraqla qarşılanmışdır.

İctimai.az