“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı onlayn görüş keçirilibbackend

09 may 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı onlayn görüş keçirilmişdir .

Görüşdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Loqos “Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi “İctimai Birliyinin “Regionlarla İş” şöbəsinin rəhbəri və Yeni Azərbaycan Partiyası (YAP) üzrə kuratoru Ümidə Rəhimova, Bakı Humanitar Kollecinin Tədris İşləri üzrə direktor müavini Rasim Rzaxanov, İctimai.az saytının baş redaktoru, “GələcəkSƏN” təlim və şəxsi inkişaf proqramının rəhbəri Rəşad Bayramov, Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov, Səbail rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Fuad Heydər, İmişli rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Malik Əliyev, Utrain Kişisel Gelişim Merkəzinin rəhbəri Mirşahin Əlizadə və fəal gənclər iştirak etmisdir.

Tədbirdə çıxış edənlər bildirdilər ki, Ümummilli Liderimiz Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, qurucusu, dövlətçiliyimizin qarantı oldu. O, respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə çatdırdı, siyasəti, iqtisadiyyatı, elmi, təhsili, mədəniyyəti dünya standartları səviyyəsinə qaldırdı.

İctimai.az