Hidayət və Zelimin Olimpiyada oyunlarında oxşar mübarizəsibackend

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında uğurlu çıxışlarını davam etdirir.

Belə ki, 73 kq çəki dərəcəsində Olimpiya oyunlarının qalibi olan Hidayət Heydərovdan sonra daha bir cüdoçumuz qızıl medalını rəsmiləşdirdi.

Azərbaycan cüdoçusu -100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda qalib olmaqla qızıl medal qazanıb.

İctimai.az hər iki cüdoçunun Olimpiyada ilə bağlı oxşar məqamlarını araşdıraraq Sizlərə təqdim edir:

– Hər iki cüdoçu Olimpiyadaya öz çəki dərəcələrində son dünya çempionu kimi iştirak edib;

– Hər iki cüdoçu Olimpiyadaya öz çəki dərəcələrində reytinq cədvəli üzrə 1-ci kimi iştirak edib;

– Hər iki cüdoçu öz görüşlərinə 1/8 final mərhələsindən start verib;

– Hər iki cüdoçu İsraildən olan rəqibləri ilə mübarizə aparıb və qalib gələrək yarım finala vəsiqə qazanıblar.

– Hər iki cüdoçu Avropa, Dünya və Olimpiya çempionu olub.