Hidrometeorologiya Mərkəzi qlobal hava fenomeninin yaxında sona çatması barədə məlumat yayıbbackend

Qlobal meteoroloji El Nino fenomeni sona çatır və tezliklə, 2024-cü ilin mayında neytral faza başlayacaq.

TASS xəbər verir ki, bunu Rusiyanın Hidrometeorologiya Mərkəzinin rəhbəri Roman Vilfand deyib.

“Aprelin sonu – mayın ortalarında neytral fazaya tədricən keçid olmalıdır. Bu, qlobal temperatur üçün çox vacibdir”, – Vilfand bildirib.

O izah edib ki, El Nino fenomeni uzun müddət ərzində qlobal temperaturu artırır – bu dəfə ardıcıl səkkiz ay ərzində qlobal orta temperatur rekord həddə çatıb. Ancaq Rusiyanın Avropa hissəsi üçün bu fenomen demək olar ki, diqqətdən kənarda qaldı.