Hikmət Babayev işdən çıxarıldı – Rəsmi açıqlamabackend

Vətəndaşların taksidən istifadəsiylə bağlı qalmaqallı çıxışıyla gündəmə gələn Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev işdən azad edilib.

Bu barədə “Qafqazinfo”ya BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev efirdə çıxışı zamanı bildirmişdi ki, taksidən istifadə etmək əvvəllər olduğu kimi, müəyyən imkanlara bağlı olmalıdır: “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm marşrut xətləri mövcuddur”.

Qeyd edək ki, bu barədə ilk məlumatı report.az yayıb.

İctimai.az