Hikmət Hacıyev diplomatik korpusu Cəbrayıl və Zəngilana aparır – FOTObackend

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cəbrayıl və Zəngilan rayonlarına səfər edir.

O, bu barədə öz “Twitter” hesabında paylaşım edib.

“Prezident İlham Əliyevin göstərişi ilə Xarici İşlər Nazirliyi ilə birlikdə diplomatik korpusla – səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə işğaldan azad olunmuş Cəbrayıl, Zəngilan rayonlarına səfərə yollanırıq”-, deyə o qeyd edib.