Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
İctimai.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Tərəflər ötən il ərzində ikitərəfli əməkdaşlığın yekunlarını nəzərdən keçirib və yaxın perspektiv üçün planları müzakirə ediblər. Alim Bayel qarşılıqlı səfərlərin yüksək dinamikasını əməkdaşlığın intensivliyinin mühüm göstəricisi kimi qeyd edib. Bildirib ki, son üç il ərzində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana altı dəfə səfər edib, Prezident İlham Əliyev isə Qazaxıstana beş dəfə səfərdə olub.















