Hikmət Hacıyev: “Xankəndi şəhəri ətrafındakı hərbi bazalar sıradan çıxarılıb”backend

Xankəndi şəhəri ətrafından Azərbaycan Respublikasının mülki insanlarına və yaşayış məntəqlərinə hücumlar həyata keçirilən bazalar sıradan çıxarılıb.

İctimai.az-ın müxbirinin verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

O əlavə edib ki, xüsusilə Xankəndi şəhəri yaxınlığında bir neçə artilleriya briqadalarının hərbi hissələri var idi ki, bu hücumlar oradan həyata keçirilirdi:

“Dəqiq atəş zərbələri ilə mülki insanlara xələl yetirməmək məqsədilə bu hərbi bazalar sıradan çıxarılıb. Düşmənə adekvat cavabların verilməsi bundan sonra da davam etdiriləcək”.

İctimai.az