Hikmət Mirzəyev Türkiyədə səfərdədirbackend

Türkiyənin milli müdafiə naziri Yaşar Güler ​​Azərbaycan Quru Qoşunlarının komandanı, general-leytenant Hikmət Mirzəyevlə görüşüb.

İctimai.az xəbər verir ki, məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin “X” səhifəsində dərc edilib.

Qeyd olunub ki, görüşdə Türkiyənin Quru Qoşunlarının komandanı general Selçuk Bayraktaroğlu da iştirak edib.