ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Şimali Atlantika Alyansının genişlənməsini “Rusiya siyasətinin nəticəsi” hesab edərək, Rusiya prezidenti Vladimir Putinə adı ilə müraciət edib. Bu barədə “Reuters” məlumat yayıb.
“Təəssüf ki, Vladimir. Bu, sizin öz günahınızdır,” Klinton vurğuladı və “insanların NATO-ya qoşulmağa məcbur edilmədiyini” qeyd etdi.
Klinton onu da əlavə edib ki, demokrat həmkarı, ABŞ prezidenti Co Bayden Barak Obama administrasiyasının bir çox prioritetlərinə sadiq qalıb.
Mənbə: Reuters