NBC-nin məlumatına görə, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 26 fevralda qalmaqallı maliyyəçi Ceffri Epşteynin istintaqı ilə bağlı Nümayəndələr Palatasının Nəzarət Komitəsində ifadə verəcək.
Ertəsi gün, 27 fevralda keçmiş dövlət katibinin əri, keçmiş ABŞ prezidenti Bill Klinton ABŞ qanunvericiləri qarşısında çıxış edəcək.
Klinton ailəsinə və onun Epşteynlə əlaqələrinə maraq onun işi ilə bağlı yeni sənədlərin açıqlanmasından sonra artıb. Əvvəllər açıqlanmayan materiallar arasında Bill Klintonun çoxsaylı fotoları, o cümlədən jakuzidə və qadınlarla (üzləri gizlədilən) şəkilləri də var.














