Hindistan Çinə birbaşa uçuşları bərpa etdiyini açıqlayıbbackend

Hindistan və Çin beş illik fasilədən sonra ölkələr arasında birbaşa hava əlaqəsini bərpa edəcək.

Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilir.

Nazirlik qeyd edib ki, son bir il ərzində Dehli və Pekin ikitərəfli münasibətləri bərpa etmək, o cümlədən ortaq sərhədlərində gərginliyi azaltmaq üçün tədbirlər görmək üçün çalışırlar.

“Bu danışıqlardan sonra razılaşdırılıb ki, Hindistan və Çinin təyin olunmuş məntəqələri arasında birbaşa hava əlaqəsi qış cədvəlinə uyğun olaraq 2025-ci ilin oktyabr ayının sonuna qədər bərpa oluna bilər”, – məlumatda deyilir.