Hindistanda basmati istisna olmaqla, demək olar ki, bütün düyü növlərinin ixracına qadağa qoymaq istəyirdilər. Hakimiyyət bu tədbirlə ölkə daxilində düyünün bahalaşmasını cilovlamaq istəyir. Bu barədə Bloomberg sənaye mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, qadağa Hindistandan gətirilən düyü tədarükünün demək olar ki, 80%-nə təsir edə bilər. Öz növbəsində bu tədbir bütün dünyada düyü qiymətlərinin artmasına səbəb ola bilər. Bununla yanaşı, El Nino təbiət hadisəsinin taxıl məhsuluna ciddi ziyan vuracağı qorxusu fonunda dünya qiymətləri artıq yüksək səviyyədədir.
Hesabatda qeyd olunub ki, indi əsas Asiya düyüünün bir tonunun dəyəri 535 dollar/tona çatıb ki, bu da son iki ildə ən yüksək göstəricidir.
Mənbə: Haber Global

