Hindistan hökuməti şəkərin minimum satış qiymətinin (MSP) artırılması imkanını müzakirə edir.
Bu barədə “Reuters” mənbələrə istinadən yazır.
Agentliyin məlumatına görə, belə bir qərar ölkənin şəkər sənayesi nümayəndələrinin müraciətinə cavab olaraq verilə bilər. Son illərdə şəkər qamışının alınması xərcləri əhəmiyyətli dərəcədə artdığından, minimum qiymət 2019-cu ildən bəri dəyişməz qaldığından, istehsalçılar MSP-nin artırılması zərurətində israr edirlər.
“Biz həm istehsalçıların, həm də istehlakçıların maraqlarını nəzərə alaraq şəkərin minimum satış qiymətini artırmaq üçün müxtəlif ssenariləri araşdırırıq” dedi Hindistanın qida və ictimai paylama departamentinin katibi Sanjeev Chopra.