Hindistanın baş naziri Narendra Modinin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə mayın 9-da Moskvanın Qırmızı Meydanında keçiriləcək paradında iştirakı planlaşdırılır.
Bu barədə TASS Nyu-Dehlidəki hərbi dairələrdəki mənbəyə istinadən xəbər verir.
Onun sözlərinə görə, Modinin Moskvaya səfəri “yüksək ehtimalla” baş tutacaq.
Mənbə əlavə edib ki, Qızıl Meydandakı paradda Hindistan silahlı qüvvələrinin parad bölməsi iştirak edə bilər.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin prezidenti Si Cinpinin mayın 9-da Moskvaya səfər edəcəyini açıqlamışdı.