Hindistan, Pakistan və BƏƏ-də kütləvi internet kəsilməsi qeydə alınıbbackend

Netblocks internet monitorinq qrupuna görə, Qırmızı dənizdə zədələnmiş sualtı kabel Hindistan, Pakistan və BƏƏ-də geniş şəkildə internet kəsilməsinə səbəb olub.

Problemlərin Səudiyyə Ərəbistanının Ciddə şəhəri yaxınlığındakı SMW4 və IMEWE kabel sistemlərindəki nasazlıqlarla bağlı olduğu güman edilir. BƏƏ-də Etilasat və Du şəbəkələrində də yavaşlamalar və giriş çətinlikləri qeydə alınıb.

Hazırda problemlərin həlli istiqamətində iş aparılır.