Hindistan Rusiya neftini almaqdan imtina etməsi ilə bağlı açıqlama veribbackend

Hindu Business Line (HBL) mənbələrə istinadən verdiyi məlumata görə, Hindistanın Rusiya neft alışını qəfil dayandırması “çox az ehtimal olunur”.

Analitiklər və neft emalı zavodlarının nümayəndələri hesab edirlər ki, əgər Hindistan Rusiya neftini tamamilə dayandırsa, dünyanın ən sürətlə böyüyən iqtisadiyyatı üçün nəticələr “dağıdıcı” ola bilər. İddia olunur ki, Hindistan hökumətindən Rusiyadan neft almağı dayandırmaq üçün hələlik heç bir təlimat alınmayıb.

2 fevralda ABŞ prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modinin Rusiyadan neft almağı dayandırmağa razı olduğunu açıqladı. Ağ Ev rəhbəri qeyd etdi ki, “ən yaxşı dostlarımdan biri” və “ölkəmimin nüfuzlu və hörmətli lideri” Narendra Modi ilə danışmaq şərəfdir.