Hindistan Rusiya neftinin potensial imtinasından danışıbbackend

Bloomberg məsələ ilə bağlı məlumatlı mənbəyə istinadən xəbər verir ki, Hindistan ABŞ-a xəbərdarlıq edib ki, Rusiya neftinin idxalını dayandırmaq üçün Venesuela və İrandan xam neft tədarükünə tətbiq edilən sanksiyalar ləğv edilməlidir.

“Hindistan rəsmiləri vurğuladılar ki, Rusiya, İran və Venesueladan Hindistanın ən böyük neft emalı zavodlarına neft tədarükünün eyni vaxtda dayandırılması qlobal qiymətlərin kəskin artmasına səbəb ola bilər”.

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında bəyan edib ki, Hindistan və Çin Rusiya neftini almağa davam etdikləri üçün Ukraynadakı münaqişənin “əsas sponsorlarıdır”.