Hindistan Rusiyadan nefti Qərb ölkələrinin qoyduğu tavandan xeyli aşağı qiymətə alır.
Bu barədə “Bloomberg” ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.
Agentlik mənbələri qeyd edib ki, Nyu Dehlinin Rusiya neftini alması ABŞ və Hindistan arasında daimi müzakirə mövzusudur, çünki Vaşinqton Rusiyanı xammal satışından əldə etdiyi gəlirlərdən məhrum etməyə çalışır. Hindistan tərəfi Rusiyadan endirimlərdən yararlanmağa çalışır.
Müsahibə olunan ekspertlərin fikrincə, Hindistanın Rusiyadan neftin barelinin 60 dollardan aşağı qiymətə alması hələ sübuta yetirilməyib və bu, çoxsaylı hesabatlar və auditlər tələb edəcək. Lakin bu vəziyyət Rusiya ixracına ciddi təsir göstərə bilər.
Kpler-in aparıcı analitiki Viktor Katon Hindistanın fevral ayında Rusiyadan gündəlik 1,85 milyon barel neft aldığını qeyd edib. Lakin Çində yanacağa tələbat sürətlə artmağa başlasa da, Rusiya daha sərfəli olduğundan Hindistan bazarını saxlamaq istəyir.
Mənbə: Bloomberg
İctimai.az

