Hindistan Rusiyaya işçi axınını artırmağa hazır olduğunu açıqladıbackend

Hindistan Rusiyaya daha çox miqrant işçi göndərməyə hazırdır, lakin bu, Rusiyanın tələbatından asılıdır.

Bu barədə verdiyi müsahibədə Hindistan Xarici İşlər Nazirliyinin Miqrasiya Siyasəti və Sosial Rifah Departamentinin rəhbəri Praşant Pise bildirib.

Onun sözlərinə görə, bu gün bir çox hindli işləmək üçün Rusiyaya getmək istəyir.

Pise bildirib ki, Rusiyaya hansı bacarıqlar lazım olursa olsun, Hindistan bacarıq boşluğunu doldurmağa hazırdır və müvafiq olaraq, müxtəlif sahələrdə mütəxəssislərə ehtiyac olarsa, lazımi insanları Rusiyanın bölgələrinə göndərə biləcək.