Reuters agentliyi mənbələrə istinadən xəbər verir ki, Hindistan ABŞ prezidenti Donald Trampın təzyiqi fonunda Rusiya neftinin idxalını azaltmağa hazırlaşır.
Üç mənbəyə görə, “Bəzi Hindistan neft emalı zavodları Rusiya neftinin idxalını azaltmağa hazırlaşır”.
Bir gün əvvəl Donald Tramp Hindistanın baş naziri Narendra Modinin Rusiya neftinin alınmasını dayandırmağa hazır olduğunu bildirdiyini açıqlamışdı. Tramp əlavə edib ki, indi Çinin də eyni şeyi etməsini təmin etməlidir.