Hindistan Trampın şərhləri fonunda ilk dəfə olaraq ExxonMobil-dən Qayana neftini alırbackend

Hindistanın iki ən böyük neft emalı zavodu ABŞ-ın ExxonMobil şirkətindən 4 milyon barel Qayana xam nefti almaq üçün müqavilə imzalayıb, Reuters mənbələrə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Indian Oil Corp 2 milyon barel Golden Arrowhead xam nefti alıb. Dekabrın sonu və ya yanvarın əvvəlində çatdırılma gözlənilir. Hindustan Petroleum Corp-un neft emalı zavodu eyni dövrdə daha 2 milyon barrel Liza və Unity Gold çeşidləri alıb.

Razılaşma ABŞ prezidenti Donald Trampın Hindistanın baş naziri Narendra Modinin Rusiya neftinin alınmasını dayandıracağına söz verdiyini iddia edən bəyanatları fonunda baş tutub. Lakin Hindistan Xarici İşlər Nazirliyi bu məlumatı təsdiqləməyib və liderlər arasında son zamanlar heç bir əlaqənin olmadığını qeyd edib.